Bəzi ərazilərdə işıq olmayacaq

12-03-2026, 05:15 - Cəmiyyət

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik təchizatında fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Martın 12-də Maştağa ETSİ-nin ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhiş bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd edilib.