Naxçıvanda keçən il 1 şəhid ailəsinə mənzil verilib

Dün, 09:37 - Cəmiyyət

2025-ci ildə Naxçıvanda sosial təminat tədbirləri çərçivəsində müharibə ilə bağlı həssas qruplara yönələn dəstək davam etdirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, il ərzində Naxçıvan şəhərində yerləşən çoxmənzilli binada 3 müharibə əlilliyi olan şəxsə və 1 şəhid ailəsinə mənzil verilib.
Hazırda muxtar respublika üzrə 156 imtiyazlı şəxs mənzil uçotundadır. Onların 67-si şəhid ailəsi üzvü, 81-i müharibə əlili, 5-i Çernobıl əlili, 3-ü isə gözdən əlilliyi olan şəxslərdir. Bu şəxslərdən 61 nəfərin artıq faktiki mənzilə ehtiyacı olduğu müəyyən edilib.

Sosial dəstək yalnız mənzillə məhdudlaşmayıb. Belə ki, 2025-ci ildə Dəstək Fondu tərəfindən 190 şəhid ailəsi üzvünə, 75 müharibə veteranına və 135 müharibə əlilliyi olan şəxsə yardım göstərilib. Bu məqsədlə ümumilikdə 252,7 min manat vəsait xərclənib.