Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

15-05-2026, 01:00 - Cəmiyyət

Avstriyada keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində Azərbaycanı Jiva səhnə adı təmsil edən müğənni Cəmilə Həşimova çıxış edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, müsabiqədə 2 nömrə altında səhnəyə çıxan təmsilçimiz “Just Go” adlı mahnını səsləndirib. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.

Qeyd edək ki, “Avroviziya-2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşəcək.