Bakıda iki minib-düşmə yeri yaradılıb

2-06-2026, 10:05 - Cəmiyyət

Paytaxtın Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.

Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.