2017-ci ildən indiyədək sərhədlərdə 162 milyon manatlıq narkotik vasitə aşkarlanıb

22-11-2024, 09:07 - Cəmiyyət

2017-ci ildən indiyədək sərhədlərdə 162 milyon manatlıq narkotik vasitə aşkarlanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Şəmkir mediatur zamanı açıqlamasında deyib.

“Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilərək götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmış və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib”, - o bildirib.