Şıxov çimərliyində iki qadının boğulması ilə bağlı araşdırma aparılır

11-08-2026, 09:50 - Cəmiyyət

Bakının Səbail rayonunda yerləşən Şıxov çimərliyində iki qadının dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, məlumata görə, hadisə avqustun 10-da baş verib.

Dənizdə batan 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı və 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.