Tramp "Hizbullah"ın atəşkəsə əməl edəcəyinə ümid etdiyini bildirib

Dün, 04:20 - Dünya

ABŞ prezidenti Donald Tramp "Hizbullah" hərəkatının Livanda atəşkəsə əməl edəcəyinə ümid etdiyini bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Ümid edirəm ki, "Hizbullah" bu vacib dövrdə özünü yaxşı aparacaq", - deyə o bildirib.

ABŞ prezident əlavə edib ki, nəhayət sülh bərqərar olmalıdır.