Aİ Ukrayna və Moldovanın üzvlük danışıqlarına hazırlığa başlayıb

Bugün, 05:10 - Dünya

Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqlar prosesinin başlanmasına hazırlıq mərhələsini işə salıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Kipr sədrliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Kipr sədrliyi Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiyası üzrə danışıqların birinci klasterinin rəsmi açılışına hazırlıq işlərinə start verib.

Kipr tərəfi yaxın günlərdə Aİ Şurasında bu məsələ üzrə müzakirələrin yekunlaşdırılması üçün intensiv fəaliyyət göstərəcəyini açıqlayıb.

Danışıqların rəsmi başlanmasının iyunun 15-də Lüksemburqda keçiriləcək Aİ-nin genişlənməsi üzrə hökumətlərarası konfrans çərçivəsində baş tuta biləcəyi bildirilir.