Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

Bugün, 07:50 - Dünya

Almaniya və Fransa Qərbi Balkan ölkələri və Moldovanın Avropa İttifaqına (Aİ) mərhələli inteqrasiyasını nəzərdə tutan qeyri-rəsmi sənəd hazırlayıblar.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Politika” məlumat yayıb.

Nəşrin yazdığına görə, plan namizəd ölkələrin danışıqlardakı irəliləyişindən asılı olaraq onlara Aİ-nin daxili bazarına çıxış imkanının verilməsini və bəzi Avropa qurumlarında müşahidəçi statusu əldə etməsini nəzərdə tutur.

Sənəd müəllifləri hesab edirlər ki, mərhələli inteqrasiya namizəd ölkələrdə islahatların sürətləndirilməsinə əlavə stimul verəcək.

Qərbi Balkanlar–Aİ sammiti iyunun 5-də Tivat şəhərində keçiriləcək. Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ üzvlüyünə namizəd ölkələr sırasındadır.