Putin altıncı müddətə prezident ola bilər

Bugün, 09:40 - Dünya

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Konstitusiyanın onun növbəti prezident seçkilərində iştirak etməsinə imkan verməsinə baxmayaraq, bu perspektivlər barədə danışmaq hələ tezdir.

“Doğrudan da, Konstitusiya 2030-cu ildə namizədliyimi irəli sürməyə imkan verir, amma məncə, bu barədə danışmaq hələ tezdir, çox tezdir”, – Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, hazırda bu barədə düşünmür, çünki ölkə qarşısında çoxlu böyük, genişmiqyaslı və kəskin məsələlər dayanır.

“Sabaha, birigünə qədər sağ çıxıb-çıxmayacağımızı, qarşımıza qoyduğumuz məqsədlərə nail olmağa sağlamlığımızın çatıb-çatmayacağını yalnız Tanrı bilir”, – deyə Rusiya lideri qeyd edib.