Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq

9-06-2026, 00:00 - Dünya

Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan deyib.

"Nəticələrin yenidən hesablanması və zəruri düzəlişlərin edilməsi cümə gününədək davam edəcək. Bundan sonra şikayət və müraciətlərə baxılacaq. Seçkilərin yekun nəticələri iyunun 14-də elan olunacaq", - deyə o bildirib.