Konqoda “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

9-06-2026, 04:40 - Dünya

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölüm hallarının sayı 101-ə çatıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda virusa yoluxanların sayı 550-yə yüksəlib.

Konqo Demokratik Respublikasına “Ebola” virusuna qarşı mübarizədə dəstək göstərmək məqsədilə digər ölkələrdən mütəxəssislər gəlməyə başlayıblar.