ABŞ hekopterinə hücuma görə İran güclü cavab verilməlidir - Tramp

Dün, 03:40 - Dünya

Hörmüz boğazında ABŞ-nin "Apache" helikopterinə edilən hücuma görə İrana "güclü cavab" verilməsi vacibdir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "ABC News" televiziya kanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

"Düşünürəm ki, cavab vermək çox vacibdir. Onlar helikopter vurublar və biz hazırda cavab veririk", - deyə o bildirib.

"Bu, dünən gecə helikopterimizə etdiklərinə qarşı bir cavabdır və inanıram ki, cavab çox güclü olmalıdır", - deyə ABŞ prezidenti əlavə edib.