İran Yaxın Şərqdə ABŞ hədəflərinə hücum edib - SEPAH

Dün, 03:45 - Dünya

İran Yaxın Şərqdəki ABŞ hədəflərinə raket və dronlar atıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbər verib.

Məlumata əsasən, bu açıqlama ABŞ-ın bir gün əvvəl vurulan Amerika helikopterinə görə İrana qarşı qisas zərbələri endirəcəyini açıqlamasından sonra verilib.

Bildirilib ki, İranın Sirik və Minab şəhərlərində, eləcə də Qeşm adasında partlayışlar eşidilib.