ABŞ Hörmüz istiqamətində atılan iki İran pilotsuz uçuş aparatını vurub

Bugün, 05:45 - Dünya

ABŞ ordusu Hörmüz boğazına doğru atılan iki İran pilotsuz təyyarəsini ələ keçirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fox News-un jurnalisti Cennifer Qriffin mənbəyə istinadən məlumat verib.

"ABŞ Silahlı Qüvvələri İranın iki kamikadze hücum dronunu vurub", - deyə o "X" sosial şəbəkəsində yazıb.

Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, Tehran "Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirməyə cəhd edib".