İran nümayəndə heyətinin İsveçrədəki işi baş çatıb - XİN

22-06-2026, 05:15 - Dünya

İran nümayəndə heyəti ABŞ ilə Burgenstokda keçirilən danışıqlarda bu mərhələdə işini başa çatdırıb, tərəflərin texniki qrupları isə məsləhətləşmələri iyunun 22-də davam etdirəcəklər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.

“Bu mərhələdə danışıqlar nümayəndə heyətinin işi başa çatıb, lakin texniki qruplar sabah işlərini davam etdirəcəklər”, - deyə o bildirib.

O vurğulayıb ki, tərəflər yekun sazişin hazırlanmasını müzakirə ediblər və imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün zəruri məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə qərar qəbul olunub.