Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb

2-10-2026, 03:10 - Dünya

ABŞ Prezidenti Donald Tramp Polşada Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Tramp jurnalistlərin sualını cavablandırarkən bunun nəzərdən keçirildiyini və belə bir bazanın yaradıla biləcəyini deyib. O, qərar verib-vermədiyini isə dəqiqləşdirməyib.

Qeyd edək ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış daha əvvəl ölkədə daimi ABŞ hərbi bazasının yaradılmasının nəzərdən keçirildiyini açıqlamışdı. Sentyabrın əvvəlində ABŞ nümayəndə heyəti Polşaya səfər edərək mümkün əraziləri araşdırıb.