Azərbaycan millisi Belarusa məğlub olub

26-03-2025, 00:00 - İdman

Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fernandu Santuşun yetirmələri Belarus yığması ilə qarşılaşıb.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edirdi.

Oyun Belarus yığmasının 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.