Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

14-04-2025, 09:30 - İdman

Bu gün Avropanın bir sıra yaşıl meydanları maraqlı futbol qarşılaşmalarına ev sahibliyi edəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, İngiltərə, İtaliya, İspaniya və Türkiyə liqalarında görüşlər keçiriləcək.

İngiltərə Premyer Liqasında "Bournmut" "Fulhem"i, İtaliya A Seriyasında "Napoli" "Empoli"ni, İspaniya La Liqasında "Atletiko Madrid" "Valyadolid"i, Türkiyə Superliqasında isə "Eyüpspor" "Adana Demirspor"u qəbul edəcək.

14 aprel

Türkiyə Superliqası

Saat 21:00, "Eyüpspor" - "Adana Demirspor";

İtaliya A Seriyası

Saat 22:45, "Napoli" - "Empoli";

İngiltərə Premyer Liqası

Saat 23:00, "Bournmut" - "Fulhem";

İspaniya La Liqası

Saat 23:00 "Atletiko Madrid" - "Valyadolid".