"Napoli" - "Qarabağ"ı məğlub edib - UEFA Çempionlar Liqası

26-11-2025, 02:00 - İdman

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olub.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XXX

01:32

“Napoli” - “Qarabağ” oyununda hesab dəyişib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 72-ci dəqiqədə Marko Yankoviç topu öz komandasının qapısından keçirib - 2:0.

XXX
01:27

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 65-ci dəqiqəsində rəqibin heyətində Skott MakTominey hesabı açıb - 1:0.

XXX

00:01

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.