İspaniya Kubokunun yarımfinal mərhələsində “Atletiko Madrid” və “Barselona” komandaları arasında ilk oyun keçirilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi qarşılaşmada böyükhesablı qələbə qazanıb. “Atletiko Madrid” katalonların qapısından dörd cavabsız top keçirərək 4:0 hesabı ilə üstün olub.
Oyunun 86-cı dəqiqəsində “Barselona”nın futbolçusu Erik Qarsiya qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 3-də keçiriləcək. Bu cütün qalibi yarımfinalın digər cütü olan “Atletik Bilbao” – “Real Sosyedad” (ilk oyun 0:1) qarşılaşmasının qalibi ilə finalda üz-üzə gələcək.