Seriya A klubu baş məşqçisi ilə yollarını ayırdı

24-02-2026, 03:40 - İdman

"Torino" baş məşqçi Marko Baroni ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, onun yerinə italiyalı mütəxəssis Roberto D'Aversa təyin olunub. 50 yaşlı məşqçi daha əvvəl "Empoli", "Leççe", "Sampdoriya" və "Parma" klublarını çalışdırıb.
26 turdan sonra “Torino” Seria A-da 27 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son 8 liqa oyununda cəmi bir qələbə qazanıb – “Leççe” üzərində 1:0 hesablı qələbə.

Klub rəhbərliyi vəziyyəti dəyişmək üçün mövsümün həlledici mərhələsində məşqçi dəyişikliyinə gedib.