Avstriyada cüdo üzrə Qran-Pri turniri keçiriləcək

4-03-2026, 06:55 - İdman

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Murad Muradlı

-66 kq
Ruslan Paşayev
İslam Rəhimov

-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri