Tofiq Musayevin UFC-də növbəti rəqibi müəyyənləşib

6-03-2026, 05:30 - İdman

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev-in Ultimate Fighting Championship (UFC)-də növbəti rəqibi çilili Ignacio Bahamondes olacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “MMA Junkie” portalı məlumat yayıb.
Bildirilib ki, hər iki idmançı döyüş keçirməyə razılıq verib və yaxın günlərdə sənədlərin imzalanması gözlənilir.

Döyüş martın 28-də ABŞ-nin Seattle şəhərində yerləşən Climate Pledge Arena-da keçiriləcək.