İki güləşçimiz Avropa çempionatında finala yüksəlib

10-03-2026, 00:30 - İdman

Serbiyada güləş üzrə U23 Avropa çempionatı start götürüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Vasif Bağırov yarımfinalda Gürcüstan təmsilçisi Nikoloz Botçorişvilini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

79 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Səbuhi Əmiraslanov isə yarımfinalda gürcüstanlı Giorgi Qoqritçianini 4:1 hesabı ilə üstələyərək finala yüksəlib.

97 kq-da çıxış edən digər güləşçimiz Zəfər Əliyev yarımfinal mərhələsində ukraynalı İvan Primaçenkoya 2:6 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.