Çempionlar Liqasında yarımfinal cədvəli açıqlandı

Bugün, 09:20 - İdman

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyun cədvəli müəyyənləşib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə PSJ – “Bavariya” və “Atletiko” – “Arsenal” cütləri üz-üzə gələcək.

İlk oyunlar

28 aprel, 23:00
PSJ – Bavariya

29 aprel, 23:00
“Atletiko” – “Arsenal”

Cavab oyunları

5 may, 23:00
“Arsenal” – “Atletiko”

6 may, 23:00
“Bavariya” – PSJ

Qeyd edək ki, turnirin finalı mayın 30-da Budapeştdəki “Pușkaş Arena”da keçiriləcək.