İran milli komandası dünya çempionatında iştirak edəcək - İnfantino

1-05-2026, 01:10 - İdman

İran milli futbol komandası qarşıdan gələn 2026-cı il dünya çempionatında iştirak edəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino FIFA-nın Vankuverdə keçirilən konqresində verib.

"Əlbəttə ki, İran komandası dünya çempionatında iştirak edəcək. Komanda ABŞ-da oynayacaq. Səbəb sadədir: biz birləşməliyik, insanları bir araya gətirməliyik. Bu, bizim məsuliyyətimizdir. Dünya futbol vasitəsilə birləşir", - deyə o bildirib.