Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxalam oyununa çıxacaq.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.
Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.
5 iyun
22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu