Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Formula 1 üzrə Barselona-Kataloniya Qran Prisinin proqramı cümə günü start götürür.
Çempionat "Mercedes"in pilotu Kimi Antonellinin aşkar üstünlüyü şəraitində keçir.
19 yaşlı italiyalı son beş yarışı qazanıb və şəxsi hesabda ən yaxın izləyicisi - "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemiltonu artıq 66 xal qabaqlayır. Yeddiqat dünya çempionu olan həmyerlisi Lyuis Hemiltondan cəmi 2 xal geri qalan və Kimi Antonellinin "Mercedes"dəki komanda yoldaşı Corc Rassell isə son iki mərhələdə xal qazana bilməyib.