Mbappe dünya çempionatları tarixində qol sayına görə üçüncü pilləyə yüksəlib

17-06-2026, 02:10 - İdman

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe dünya çempionatında vurulan qolların sayına görə üçüncü yerdə qərarlaşıb.

Fransalı futbolçu dünya çempionatının qrup mərhələsinin ilk turunda Seneqala (3:1) iki qol vurub.
Mbappenin turnirlərdə vurduğu qollar sayı 14-də çatıb və o, Almaniyalı Qerd Müllerə çatıb və Argentinalı Lionel Messi və həmyerlisi Jüst Fonteni geridə qoyub.

Mbappeni yalnız Braziliyalı Ronaldo (15) və Almaniyalı Miroslav Kloze (16) qabaqlayır.