Qızılın 23 martdan bəri ilk dəfə 4200 dollardan aşağı düşüb

Dün, 06:50 - İqtisadiyyat

2026-cı ilin avqustunda tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin "Comex" birjasında qiyməti 23 mart 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4 200 dollar həddindən aşağı düşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarıda bildirilib.

Moskva vaxtı ilə 05:33-ə olan məlumata görə, qızılın qiyməti 3,79% ucuzlaşaraq bir troya unsiyası üçün 4 198,2 dollar təşkil edib.

05:38-ə olan məlumata görə isə ucuzlaşma tempi zəifləyib və qiymət 3,58% azalaraq bir troya unsiyası üçün 4 207 dollar səviyyəsində olub.