Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

12-03-2025, 09:15 - İqtisadiyyat

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,11 ABŞ dolları və ya 0,15% artaraq 72,92 dollar/barel təşkil edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,1 dollar və ya 0,14% bahalaşaraq 71,69 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,11 dollar və ya 0,2% artaraq 55,80 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,11 dollar və ya 0,15% bahalaşaraq 71,15 dollar/barel təşkil edib.

Martın 12-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.