Azərbaycanın bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələri hərrac yolu ilə satışa çıxarılır.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, torpaq müsabiqə və hərracları aprelin 23-də saat 15:00-da keçiriləcək.
Məlumata əsasən, ərizələr 19 mart - 21 aprel 2025-ci il tarixlərində qəbul edilir.
Hərraca çıxarılacaq torpaqların ilkin qiyməti, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı 18 manatdan başlayaraq 6205 manatadək dəyişir.