Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrına Müslüm Maqomayevin adı veriləcək

18-08-2026, 12:30 - Mədəniyyət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin adının verilməsi qərara alınıb.

Qərar Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul edilib.

Komissiya üzvləri Azərbaycanın böyük sənətkarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklifi yekdilliklə dəstəkləyiblər.