Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

15-12-2025, 14:11 - Siyasət

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Adil Ələsgər oğlu Abdullayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Fərhad Nəriman oğlu Səmədova

polkovnik Seymur Taleh oğlu Qaraşova

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.