Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür

24-12-2025, 17:20 - Siyasət

Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.

Bu münasibətlə onları ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız”.