Güzəştlə alınmış aqrar texnika barədə məlumatlar Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək

8-06-2026, 17:35 - Siyasət

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 il müddətində ölkədən ixracına yol verilməyəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Fərmana əsasən, güzəştlə alınmış aqrar texnika barədə məlumatlar real vaxt rejimində "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək.