Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

18-06-2026, 09:30 - Siyasət

Regional səviyyədə və qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan bir çox aspektlər baxımından artıq mühüm iştirakçıya artıq çevrilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, müstəqil siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır.