FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

6-10-2024, 10:26 - Cəmiyyət

Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərinə kömək göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir