Mayın 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskva şəhərində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Müzakirələr zamanı Rusiya-Azərbaycan gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşıdakı təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. İkitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının əhəmiyyəti ətraflı şəkildə nəzərdən keçirilib.
Cənubi Qafqaz və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi də daxil olmaqla, Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi məqsədilə tərəflərin səmərəli birgə işi davam etdirmək niyyəti bir daha təsdiqlənib”, - deyə nazirliyin məlumatında bildirilir.