Paşinyan Türkiyədədir

Bugün, 09:45 - Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə gedib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Nikol Paşinyanın bir sıra xarici həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.