Sabunçunun bəzi ərazilərində işıq olmayacaq

1-04-2026, 00:05 - Cəmiyyət

Sabunçu rayonunun bəzi ərazilərində işıq təminatında fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.