Cəlilabadda yanğın: 85 yaşlı kişi həyatını itirdi

2-04-2026, 09:20 - Hadisə

Aprelin 1-i saat 23 radələrində Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 1941-ci il təvəllüdlü kənd sakini Bəhrəm Nuriyev yaşadığı, qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın zamanı həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.