Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyunun vaxtı açıqlanıb

Bugün, 10:40 - İdman

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasından verilən məlumata görə, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.