Bu rayonda 2394 abonentin qazı kəsiləcək

1-04-2026, 08:25 - Cəmiyyət

Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qazax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar Qazax rayonunun Daşsalahlı kəndində qaz təchizatında fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Əskipara Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 1 aprel 2026-cı il tarixində saat 10:00-dan etibarən qaz verilişi işlər başa çatanadək dayandırılacaq.

Qaz təchizatının məhdudlaşdırılması müddətində ümumilikdə 2394 abonentin qaz təminatında fasilə yaranacağı qeyd olunub.