Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq

Dün, 09:50 - Cəmiyyət

Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat yayıb.

Yenilik iyulun 4-dən tətbiq olunacaq.

Hərəkət cədvəli ilə ADY-nin saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.