Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

2-11-2026, 10:50 - Cəmiyyət

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, əlavə reyslər bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə təşkil olunur.

Eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər davam edir.
Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.