İranın hücumları Səudiyyə Ərəbistanının neft hasilatını azaldıb

10-04-2026, 00:50 - Dünya

İranın Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları krallığın istehsal gücünü gündə 600 min barel azaldıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Energetika Nazirliyi bildirib.
"İranın son hücumları istehsal gücünü gündə 600 min barel azaldıb", - deyə nazirlik rəsmisi bildirib.

O əlavə edib ki, "krallıqdakı bir neçə enerji obyektində əməliyyatlar dayandırılıb" və "[İranın] hücumları davam edərsə, bu, təchizat çatışmazlığına və istehsalın bərpasında ciddi gecikməyə səbəb olacaq".