İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

19-08-2026, 00:50 - Dünya

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli komandirinə qarşı hücum həyata keçirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş keçirdiyi yer hədəfə alınıb.

Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.