Yevlaxda qaz balonu partladı, rayon sakini xəsarət aldı

25-02-2026, 08:55 - Hadisə

Yevlax rayonunda qaz balonu partlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə dünən saat 18 radələrində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Yevlax rayon sakini Ruslan Sadıqov özünə məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən kafedə olarkən obyektin daxilində mövcud olan maye-qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən dərhal sonra R.Sadıqov Yevlax rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.